Dələduzluqda təqsirləndirilən şəxsə 7,6 il müddətinə həbs cəzası verilib

Dələduzluqda təqsirləndirilən şəxsə 7,6 il müddətinə həbs cəzası verilib
# 25 may 2015 10:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Əmirov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Əmirov dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. Bir müddət axtarışda olan E. Əmirov polis əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR