Mariya Zaxarova: “Suriya məsələsində Rusiyanın mövqeyinin dəstəklənməsi hadisələrə real baxışı göstərir”

Mariya Zaxarova: “Suriya məsələsində Rusiyanın mövqeyinin dəstəklənməsi hadisələrə real baxışı göstərir”
# 20 oktyabr 2016 15:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dünya ölkələrinin Suriya məsələsində Rusiyanın fikirlərini dəstəkləməsi regionda baş verən hadisələrə real baxışı göstərir”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova prezident İlham Əliyevin “Sputink” agentliyinə müsahibəsində Suriyanın ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi ilə bağlı suala cavabında deyib. “Düşünürəm ki, bu məsələ ilə əlaqədar bəzi KİV-də gedən məlumatlara deyil, real hadisələrə fikir yönəltmək lazımdır”, - deyə o söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR