Ağstafada baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Ağstafada baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 11 yanvar 2018 15:32 (UTC +04:00)

Ağstafa rayonunda iki avtomobil toqquşub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Eynallı kəndinə gedən yolda qeydə alınıb.

“VAZ 2106” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşında olan Qırlı kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanov Xəzər Alim oğlu və onun qohumu 1988-ci il təvəllüdlü Qurbanov Fərxan Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR