Asiya İnkişaf Bankının kredit üzrə faktaraşdırıcı missiyası Azərbaycana gəlir

Asiya İnkişaf Bankının kredit üzrə faktaraşdırıcı missiyası Azərbaycana gəlir
# 25 avqust 2015 09:31 (UTC +04:00)

Bakı - APA-Economics. Asiya İnkişaf Bankın (AİB) təklif etdiyi Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı üçün kredit üzrə faktaraşdırıcı missiyası 24 avqust - 7 sentyabr tarixində Azərbaycana səfər edəcək.

Bankın Azərbaycan nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, missiyaya AİB-in enerji məsələləri üzrə baş mütəxəssisi Tianhua Luo rəhbərlik edəcək. Missiya Azərbaycan hökuməti və “Azərişıq” ASC ilə layihənin “design”, “outputs”, qiyməti, maliyyələşdirmə və həyata keçirilmə planına, satınalma məsələlərinə, “safeguards” və digər məsələlərə aid olan sənədlərin müzakirəsini aparacaq.

Missiyanın gəlişi respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədi ilə AİB və Azərbaycan hökuməti arasında 5 may 2015-ci ildə Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanmış anlaşma memorandumunun nəticəsidir.

AİB təklif etdiyi investisiya proqramını 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi vasitəsilə dəstəkləyəcək. Proqramın ilk mərhələsi üçün 250 milyon dolların ayrılması nəzərdə tutulur. Vəsait elektrik xəttlərin və yarım stansiyaların yenilənməsi və təkmilləşməsi, rəqamsal electric sayğacların quraşdırılması üçün xərclənəcək. “Azərişıq” ASC-nin operator və maliyyə potensialının inkişaf etdirilməsi də proqramda nəzərdə tutulur.

Azərbaycan hökumətin investisiya proqramı çərçivəsində 250 mln. dollar xərcləyəcəyi gözlənilir.

Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48-ci Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2014-cü ildə AİB-in ümumi yardımı 22,9 mlrd. dollar olub. Bundan 9,2 mlrd. dollar birgə maliyyələşdirməyə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR