Yəmən üzrə sülh danışıqları mayın 28-də keçiriləcək

Yəmən üzrə sülh danışıqları mayın 28-də keçiriləcək
# 13 may 2015 18:30 (UTC +04:00)

Bakı-APA. Mayın 28-də BMT-nin Cenevrədəki mənzil-qərargahında Yəmən münaqişəsinə dair sülh danışıqları keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-dəki mənbələr bildirib.

Qeyd olunur ki, mayın 17-inə planlaşdırılan müzakirələrin vaxtının dəyişdirilməsi həmin gün Ər-Riyadda Yəmənlə bağlı konfransın keçirilməsi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR