Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Ağstafa sakini Bakıya göndərilib

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Ağstafa sakini Bakıya göndərilib
# 13 noyabr 2017 11:39 (UTC +04:00)

Beyləqanda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Bakıya göndərilib.

Bunu APA-ya açıqlamasında Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov deyib.

O bildirib ki, vəziyyəti ağır olduğundan G. Əhmədova Bakıdan çağırılmış həkim qrupu ilə paytaxt xəstəxanalarının birinə göndərilib. Onun sözlərinə görə, G. Əhmədova cərrahiyyə əməliyyatı edilərək dalağı götürülüb.

Xatırladaq ki, dünən Beyləqan rayonu ərazisində Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlunun idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri yanğını söndürüblər. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N. Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958-ci təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR