Hacıqabulun icra başçısı dəyişdirilib

Hacıqabulun icra başçısı dəyişdirilib
# 04 dekabr 2019 15:13 (UTC +04:00)

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR