Azərbaycan prezidenti “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2018 18:25 (UTC +04:00)

Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

“Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

***

18:57

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR