Rusiyada ofisi OMON tərəfindən silahlı hücuma məruz Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisəyə aydınlıq gətirib

Rusiyada ofisi OMON tərəfindən silahlı hücuma məruz Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisəyə aydınlıq gətirib
# 26 avqust 2015 09:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiyada ofisinə "OMON" tərəfindən basqın edilən Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisənin təfərrüatını açıqlayıb.

Ulyanovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri İ. Hüseynov APA-ya açıqlamasında bildirib ki, hazırda xaricdədir və hadisə zamanı ofisində onun iki əməkdaşı olub.

Hadisənin bir müddət əvvəl ona qarşı edilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətl işi ilə bağlı olduğunu söyləyən İ. Hüseynov deyib ki, "OMON"çuların basqını zamanı onun hamilə olan katibəsinin bətnindəki uşaq düşüb: “Mənə qarşı quldurluq edilib, ofisim dağıdılıb. Hadisədən az sonra mənə zəng gəldi ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. İşin mahiyyətini açıqlayım ki, bu axtarış nümayişkaranə xarakter daşıyır. Bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar, ancaq mən işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənim özümü bu işdə şübhəli şəxs kimi dindirir. İndi mən ədalət tələb etdiyim üçün mənə qarşı belə ciddi təzyiqlər başlayıb. Təbii ki, bundan buradakı opponentlərim də yararlanır”.

İ. Hüseynov bildirib ki, məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazılıb: “Tezliklə Ulyanovska qayıdıb bunu aydınlaşdırmağa çalışacam. Ona Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində baş verən özbaşınalıqlar barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir”.

Ulyanovskdaki hadisə şahidi olan azəbaycnlı konqresinin üzvləri bu məsələdə son vaxtlar İ. Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi hazırda Rusiyada yaşayan Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, İ. Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A. Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ. Hüseynovun onu sərt tənqid etməsi birinci tərəfədn ikincinin hədəfə götürülməsi ilə nəticələnib: “Abbas Abbasov bura gəlib məlum fəaliyyətinə başlayandan sonra kim ona etiraz edirsə həmən adamın ya biznesində, ya da həyatında ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim də uzun zamandır burada yaşayır və Federasiya üzrə böyük hörməti var. Onun burda düşməni yox dostu var ancaq. Amma Abbas Abbasovu sərt təqnid edəndən bəri ona qarşı belıə addımlar atılmağa başlayıb. Xüsusilə ona olan sui qəsdin araşdırılmasında, ümumiyyətlə bu işlər bağlı Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edib İ. Hüseynova problemlər yaratmağa çalışırlar. Burda belədir ki, porkurluqdan bir icazə kağızı alıb OMON-u harasa basqının şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, guya biz Azərbaycan diasporunu qorxusnlar. Axı bu kimə və niyə lazımdır, anlamırıq”. Qeyd edək ki, İ. Hüseynova qarşı 2012-ci ildə sui-qəsd cəhdi olub və nəticədə özü yaralanıb, mühafizəçisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR