İran prezidenti: “Xəzər dənizində birgə sərmayə yatırmaq digər ortaqlıqlara yol aça bilər” - FOTO

İran prezidenti: “Xəzər dənizində birgə sərmayə yatırmaq digər ortaqlıqlara yol aça bilər” - <span style="color: red;">FOTO
# 04 avqust 2015 15:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İran prezidenti Həsən Ruhani Azərbaycan iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.

APA-Economics” İran mətbuatına istinadən xəbər verir ki, görüşdə ötən iki il müddətində Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük potensiala malikdir.

Nüvə anlaşmasından sonra dünyanın bir çox şirkətlərinin İranda sərmayə yatırmaq niyyətinin olduğunu deyən H.Ruhani bildirib ki, İran ilk növbədə Azərbaycan daxil olmaqla, qonşu ölkələrin sərmayə yatırmasına mühüm əhəmiyyət verilir. Şimal-Cənub Dəhlizinin iki ölkə arasında əlaqələr baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən İran prezidenti vurğulayıb ki, Azərbaycan İranın Qafqaz regionu ilə əlaqələrində qapı rolunu oynaya bilər: “Azərbaycan da İran vasitəsilə Fars körfəzi və Omman dənizinə və oradan dünyanın hər yerinə çata bilər. Bu səbəbdən bu potensialdan istifadə etmək üçün işbirliyini inkişaf etdirmək lazımdır”.

İran prezidenti əlavə edib ki, neft və təbii qaz sektorları iki ölkə arasında münasibətləri genişləndirəcək sahələrdəndir. O, Xəzər dənizində birgə sərmayə yatırmağın digər ortaqlıqlara yol açacağını vurğulayıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nüvə Anlaşmasına görə İranı dövlətini təbrik edib. “Azərbaycan dövləti İranın bu böyük nailiyyətindən çox məmnundur və əminik ki, bu anlaşma regionda və dünyada sülh və sabitliyin və bütün millətlərin xeyrinə olacaq”, - deyə Ş.Mustafayev əlavə edib.

Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin görüşündən sonra iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığını qeyd edib. “Azərbaycan bütün gücü ilə İranla enerji, ticarət, nəqliyyat, sənaye, istehsal, neft, neft-kimya və bankçılıq kimi sektorlarda münasibətləri inkişaf etdirmək üçün cəhd göstərməkdədir”- deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR