Ermənistanın Masis şəhərinin meri və müavini saxlanılıb

Ermənistanın Masis şəhərinin meri və müavini saxlanılıb
# 31 may 2018 12:52 (UTC +04:00)

Ermənistanda etiraz aksiyaları ilə bağlı Masis şəhərinin meri Davif Ambartsumyan da daxil olmaqla 5 nəfər saxlanılıb.

APA-nın “news.am”a istindən verdiyi məlumata görə, bu barədə İstintaq Komitəsi sədrinin müavini Sona Truzyan “Facebook” səhifəsində yazıb. Masis merinin müavini Karen Oqanyan da saxlanılanlar arasındadır.

Qeyd edək ki, aprelin 22-də Yerevanda müxalifət tərəfindən keçirilən aksiya zamanı N.N. adlı şəxs ona və digər etirazçılara maskalı gənc adamların hücum etdiyini, dəyənəklə döydüyünü deyib. Onlar etirazçılara daş atıb, elektroşokdan istifadə ediblər. Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR