Roman Qriqorçuk: “İlk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım”

Roman Qriqorçuk: “İlk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım”
# 20 avqust 2015 20:24 (UTC +04:00)

Bakı-APA. “Daha yaxşı oynamaq istərdik. Amma bu da pis deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” meydançadan qolsuz bərabərliklə ayrılıb. Ukraynalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikrilərini bildirib:

“Çox qol epizodumuz olmadı. Amma uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR