FHN: Sumqayıtda yataqxanada yanğın zamanı 15 sakin xilas edilib - YENİLƏNİB-2

FHN: Sumqayıtda yataqxanada yanğın zamanı 15 sakin xilas edilib  - <span style="color: red;">YENİLƏNİB-2
# 06 avqust 2017 00:45 (UTC +04:00)

FHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə, məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

**** 22.33

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. Əlavə məlumat veriləcək.​

Hadisə yerinə həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli qurumunun rəsmiləri də baxış keçiriblər.

***** 21.37

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın yataqxananın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR