Azərbaycan və Gürcüstan avtomobil və yük daşımaları sahəsində icazələrlə bağlı razılığa gəlib

Azərbaycan və Gürcüstan avtomobil və yük daşımaları sahəsində icazələrlə bağlı razılığa gəlib
# 09 fevral 2017 09:27 (UTC +04:00)

Bu gün Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX rəisi Elnur Abdullayev, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq protokol imzalanıb.

Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ icazə blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yük daşımaları üçün tələb olunan icazələrin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR