Baş nazirin müavini: "Dərman bazarının idxala bağlı olması bəzi problemlərə səbəb olur"

Baş nazirin müavini: "Dərman bazarının idxala bağlı olması bəzi problemlərə səbəb olur"
# 16 fevral 2017 09:35 (UTC +04:00)

"Azərbaycanın dərman bazarında sabitlik mövcuddur". APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

"Bilirsiniz ki, Azərbaycanın dərman bazarındakı preparatlar tamamilə idxal olunur. Bu səbəbdən müəyyən hallarda dərman vasitələrinin çatdırılmasında bəzi problemlər müşahidə oluna bilər. Buna baxmayaraq, qeyd etmək istəyirəm ki, dərman bazarında sabitlik mövcuddur. Hansısa dərman preparatlarının apteklərdə tapılmaması ilə bağlı daxil olan siqnallar operativ şəkildə araşdırılır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR