Bakıda “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi açılıb

Bakıda “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi açılıb
# 16 may 2015 07:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda Muzey Mərkəzində “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi açılıb. APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev qeyd edib ki, sərgidə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib ki, məşhur şokolad ustası Nikolay Popov məxsusi Bakı sərgisi üçün Azərbaycana həsr olunmuş silsilə şokolad incəsənət əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad miniatürü sənətkarın ən ağır heykəlidir.

N.Popov dünyada çəkisi 200 kiloqramdan çox olan ən böyük şokolad rəsminin – “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş əsərinin təqdimatını keçirib.

Sərgi iyunun 28-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR