Milli Məclisin deputatı Baltik Assambleyasının sessiyasında iştirak edəcək

Milli Məclisin deputatı Baltik Assambleyasının  sessiyasında iştirak edəcək
# 27 oktyabr 2016 09:31 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək.

Ə. Məsimli müzakirə ediləcək məsələlərə münasibətini bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR