2019-cu ilin dekabr ayı ərzində Bakının torpaq bazarında qiymətlərdə artım müşahidə olunub.
Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, dekabrda torpaqların orta satış qiymətində aylıq ifadədə 0,04% artım qeydə alınıb: "Ötən il üzrə torpaq bazarında qiymətlər 2018-ci il ilə müqayisədə 2,6% artıb".