Ədliyyə naziri Fikrət Məmmədov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov Mingəçevirdə vətəndaşları qəbul edəcək
# 26 avqust 2015 09:34 (UTC +04:00)

APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, qəbulda Mingəçevir və Naftalan şəhərləri, Yevlax və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 148) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR