Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir
# 16 mart 2018 11:42 (UTC +04:00)

Novruz bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qatar 18 mart - 1 apel tarixlərində həftədə iki dəfə, Naxçıvandan həftənin IV və VII günləri saat 11:40-da yola düşəcək. Məşhəd stansiyasına həftənin I və V günləri saat 19:25-də çatacaq.

“Qatar 17 mart - 3 apel tarixlərində Məşhəddən həftənin II və VI günləri saat 00:30-da yola düşəcək, həftənin III və VII günləri saat 08:45-də Naxçıvana çatacaq”, -deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR