I rübdə "Nar"ın müştəri loyallığı indeksi 6% artıb

I rübdə "Nar"ın müştəri loyallığı indeksi 6% artıb
# 11 may 2018 13:14 (UTC +04:00)

Cari ilin birinci rübündə "Nar"ın müştəri loyallığı indeksi (Net Promoter Score) 6% artıb.

"APA-Economics" xəbər verir ki, bunu “Azerfon” MMC-nin (“Nar”) baş icraçı direktoru Qunnar Panke şirkətin I rübün nəticələrinə dair hesabatının təqdimatı zamanı bildirib.

Q.Pankenin sözlərinə görə, şirkətin mobil data istifadəsi Bakıda 88%, bölgələr üzrə mobil data istifadəsi isə 28% artıb.

"Nar" abunəçilərinin sayı 2 072 488 nəfərə çatıb. Bu ilin I rübündə baza stansiyaların artımına gəlincə, ümumilikdə 147 yeni 4G stansiyası istifadəyə verilib. Bakı və Abşeronda 84 4G, bölgələrdə isə 63 4G stansiyası qurulub. Bakının bütün metro stansiyalarında "Nar" 4G şəbəkəsinin əhatəsindədir. "Nar" şəbəkəsi ölkənin 93%-ni əhatə edir. Gəlirlərin artması üzrə Azərbaycanda liderik. Sərmayələrə gəldikdə, sərmayələrimizi artırmağın iki yolu var. Birinci yeni abunəçilərin sayı artır ki, bu da gəlirlərimizi artırır. Digər variant isə, biz elə bir təkliflər edirik ki, abunəçilər bundan daha çox istifadə etsin və gəlirlərimizi bu cür artıraq. Biz əsas gücü ölkə ərazisində 4G şəbəkəsini artırmağa yönəltmişik. İlin sonuna qədər 4G əhatə dairəsini 50%-ə çatdırmaq niyyətindəyik",- deyə Q.Panke vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR