Milli Məclisə seçkilərlə əlaqədar səsvermə vəsiqəsinin hazırlanması və DSK-lara verilməsi müddəti müəyyənləşib

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə vəsiqəsinin hazırlanması və DSK-lara verilməsi müddəti müəyyənləşib
# 02 sentyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən sentyabrın 17-dək təsdiq edilməlidir.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası sentyabrın 17-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrini dairə seçki komissiyalarına (DSK) verməlidir.

DSK-lar isə oktyabrın 17-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrini məntəqə seçki komissiyalarına təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR