Bərdə sakininin avtomobilində külli miqdarda narkotik aşkarlanıb

Bərdə sakininin avtomobilində külli miqdarda narkotik aşkarlanıb
# 18 oktyabr 2016 13:17 (UTC +04:00)

Bərdə. Habil Məmmədli - APA. Bərdədə külli miqdarda narkotik vasitə aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bərdə rayon Bala Qəcər kənd sakini Əhmədov Etibar Əli oğluna məxsus 90 BT 840 dövlət nömrə nişanlı “Niva” markalı minik avtomobilinə baxış keçiriblər.

Nəticədə nəqliyyat vasitəsində 3160 qram narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR