Bakıda 85 yaşlı kişi intihara cəhd edib

Bakıda 85 yaşlı kişi intihara cəhd edib
# 21 oktyabr 2016 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində 85 yaşlı kişi intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon sakini, 1931-ci il təvəllüdlü Xasay Bəşir oğlu Kazımov sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

X. Kazımovun intihar məqsədi ilə sirkə turşusu içdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR