Son 1 ildə kənd təsərrüfatında istehsal 9%-ə yaxın artıb

Son 1 ildə kənd təsərrüfatında istehsal 9%-ə yaxın artıb
# 14 avqust 2015 14:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd təsərrüfatında avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3%-i, yaxud 909,1 min hektarı biçilib və həmin sahələrdən 2768,5 min ton məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Orta hesabla hər hektardan əldə edilən məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil edib.

Bundan əlavə, məhsulu toplanan 3,9 min hektar qarğıdalı sahəsindən 14,8 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 506,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 40,7 min ton çox kartof, 765,4 min ton (47,6 min ton çox) tərəvəz, 356,4 min ton (31,3 min ton çox) bostan məhsulları, 179,7 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 3201 ton (27 ton çox) üzüm, 363,6 ton (47 ton çox) yaşıl çay yarpağı, 1495,8 ton (250 ton çox) tütün yığılıb.

Bu dövrdə 256,9 min ton, yaxud 2014-cü ilin yanvar-iyul aylarına nisbətən 1,8% çox diri çəkidə ət, 1144,8 min ton (3,7% çox) süd, 898,0 mln. ədəd (1,0% çox) yumurta, 15,6 min ton (1,8% çox) yun istehsal olunub.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8%, heyvandarlıq məhsulları istehsalı 2,4%, kənd təsərrüfatının ümumi məhsulu 8,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR