Gəncə sakini döyülüb

 Gəncə sakini döyülüb
# 20 yanvar 2017 18:13 (UTC +04:00)

Gəncə şəhər sakini evinin qarşısında döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Nəriman Nərimanov prospekti, ev 246 ünvanında yaşayan 1981-ci il təvəllüdlü İlqar İbrahimov qapalı kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, ötən gün İ. İbraimov bir neçə nəfər tərəfindən yaşadığı evin qarşısında döyülüb. Bu gün halı pisləşdiyi üçün onu xəstəxanaya çatdırıblar.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR