Rusiya xüsusi xidmət orqanları Əfqanıstanda girov götürülən Ukrayna vətəndaşını azad edib

Rusiya xüsusi xidmət orqanları Əfqanıstanda girov götürülən Ukrayna vətəndaşını azad edib
# 29 avqust 2015 14:31 (UTC +04:00)

Bakı - APA. Əfqanıstanda girov götürülən Ukrayna vətəndaşı Dmitriy Belıy azad edilib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi bildirib ki, Əfqanıstanda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən girov götürülən D. Belıy Rusiya xüsusi xidmət orqanlarının səyləri nəticəsində azad edilib.

M. Zaxaroya əlavə edib ki, Rusiya tərəfi azad edilən Ukrayna vətəndaşını istənilən vaxt ukraynalı həmkarlarına təhvil verməyə hazırdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR