Yanukoviç: “Donbas Ukraynanın tərkibində olmalıdır”

Yanukoviç: “Donbas Ukraynanın tərkibində olmalıdır”
# 25 noyabr 2016 19:21 (UTC +04:00)

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, o, bu barədə Rostovda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Donbasın Ukraynanın tərkibində olması, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam”, deyə V.Yanukoviç vurğulayıb.

Sabiq prezident əvvəldən Donbasın ayrılmasının əleyhinə olduğunu qeyd edib: “Münaqişənin həlli üçün, ilk növbədə, atəşkəsə nail olmaq və qoşunları geri çəkmək lazımdır”.

V.Yanukoviç “Maydan” hərəkatı zamanı özünün ən böyük səhvindən də danışıb: “Mən müqəddəs deyiləm. Hərbi vəziyyətə dair qanun imzalamağa özümdə güc tapmadım. Mən qan tökə bilməzdim”.

Qeyd edək ki, bu gün Kiyevdə keçmiş “Berkut” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşlarına qarşı məhkəmə prosesi təxirə salınıb. Viktor Yanukoviç məhkəməyə Rostovdan video konfrans rejimində qatılaraq şahid qismində dindirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR