Qubada baş verən yol qəzasında iki nəfər ölüb

Qubada baş verən yol qəzasında iki nəfər ölüb
# 03 avqust 2015 10:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qubada baş verən yol qəzasında iki nəfər ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də saat 06 radələrində Quba rayonunun Barlı kəndində Xaçmaz rayon sakini Ayəddin Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanan Gülşən Əmirağayevanı vurub və idarəetməni itirdiyindən avtomobil ağaca çırpılıb.

Nəticədə G.Əmirağayeva və A.Qasımovun sərnişini arvadı Sevil hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR