Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”

Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”
# 31 oktyabr 2016 15:06 (UTC +04:00)

Beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan E. Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR