Azərbaycan prezidenti Davosda Norveçin xarici işlər naziri ilə görüşüb

Azərbaycan prezidenti Davosda Norveçin xarici işlər naziri ilə görüşüb
# 17 yanvar 2017 08:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Norveçin bir sıra şirkətləri, xüsusilə “Statoil” şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR