Yevlaxda mikroavtobus yük maşını ilə toqquşub, ölən var

Yevlaxda mikroavtobus yük maşını ilə toqquşub, ölən var
# 14 aprel 2018 08:57 (UTC +04:00)

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 14-də saat 03 radələrində Yevlax şəhəri ərazisində Bərdə rayon sakini Aydın Vəliyevin idarə etdiyi “KamAZ” və Abşeron rayon sakini Orxan Əliverdiyevin idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə O. Əliverdiyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR