"Qəbələ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB - VİDEO

"Qəbələ"  Avropa Liqasının pley-off mərhələsinə yüksəldi  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 06 avqust 2015 20:08 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib.

Bakıda keçiriləcək qarşılaşma “Bakcell arena”da baş tutub.

Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” ev oyununa üstünlüklə çıxmışdı. Belə ki, səfərdə qol vuruğu üçün təmsilçimizi 0:0 hesablı heç-heçə də qane edirdi.

Oyuna aktiv başlayan təmsilçimiz çoxsaylı cəhdlərinə baxmayaraq ilk hissədə hesabı aça bilmədi. İkinci hissədə də təzyiqi davam etdirən Roman Qriqorçukun yetirmələri bu dəfə istəyinə çata bildi. İlk oyunun qəhrəmanı Cavid Hüseynov bu dəfə də penaltidən fərqləndi.

İkinci hissə bir neçə epizodda gərginliklə də yadda qaldı. Oyunun sonlarına yaxın "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldı. Ancaq bütün bunlara baxmayaraq, təmsilçimiz üstünlüyünü sona qədər qoruya bildi və tarix yazdı.

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

"Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr) - 1:0

Qol: Cavid Hüseynov, 80 (pen.)

Baş hakim: Duarte Nunu Pereyra Qomes

Bakı. "Bakcell Arena"

İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR