Xaçmazda “Ford” aşıb, 3 nəfər xəsarət alıb

Xaçmazda “Ford” aşıb, 3 nəfər xəsarət alıb
# 17 avqust 2015 06:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Avqustun 16-da Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Xudat-Yalama yolunda qeydə alınıb. Bakı şəhər sakini Ağayev Vüsal Qafar oğlunun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Xudat şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar maşının sürücüsü, onun 1 yaşlı övladı Ağayev Ömər Vüsal oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Həsənova Xəyalə Osman qızıdır.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR