Masallıda göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Masallıda göldə batan şəxsin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2015 19:44 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Sığdaş kənd sakini, 23 yaşlı Zəkəriyyə Xəlil oğlu Qurbanov iyulun 5-də günorta saatlarında kəndin ərazisindəki göldə çimərkən batıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri cəlb olunub. Onların səyləri nəticəsində Z.Qurbanovun meyiti suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Masallı rayonunun Sığdaş kəndində 1992-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 45 km aralı, nəzarətsiz ərazidə) çimərkən batıb.

Z. Qurbanovun cəsədi dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 19.07

Bakı - APA. Masallı rayonunun Sığdaş kəndində 1 nəfər göldə çimərkən batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarış xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR