Müsavatın Dərnəgül özəyinin sədri və müavini istefa verib

Müsavatın Dərnəgül özəyinin sədri və müavini istefa verib
# 26 avqust 2015 09:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Binəqədi rayon təşkilatının iki üzvü istefa verib.

Bu barədə APA-ya partiyanın Suraxanı rayon təşkilatının sabiq sədri Röpvşən Dəmirli məlumat verib.

O bildirib ki, dünən, Binəqədi rayon təşkilatının Şura toplantısı keçirilib. Toplantıda Dərnəgül özəyinin sədri Arif Əziz başda olmaqla bütünlüklə özək üzvləri, eyni zamanda şura üzvü, təşkilatın humanitar məsələlər üzrə müavini, Hümbət Məmmədli Vurğun Əyyubun Müsavat Partiyasından qeyri-qanuni çıxarılmasına etiraz olaraq partiyadan istefa veriblər. Onun sözlərinə görə, rayon təşkilatında bəzi tanınmış müsavatçıların da istefası gözlənilir.

Xatırladaq ki, V. Əyyub Müsavat Partiyasından kənarlaşdırılıb. Lakın mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin V. Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Müsavat rəhbərliyi isə sözügedən qərarı doğru saymadığını və V. Əyyubun partiya üzvü olmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR