Küçə, bulvar və parklarda 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib

Küçə, bulvar və parklarda 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib
# 23 mart 2020 21:02 (UTC +04:00)

Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasda qərar qəbul edilib.

İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması da tövsiyə olunub.

Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR