Bakıda avtobus qəzası baş verib, ölən var

Bakıda avtobus qəzası baş verib, ölən var
# 18 yanvar 2018 09:25 (UTC +04:00)

Bakıda daha bir avtobus qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub.

Nəticədə T.Mürsəlzadə hadisə yerində ölüb, sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR