Azərbaycan vətəndaşının sənədlərinin saxtalaşdırılması faktı aşkarlanıb

Azərbaycan vətəndaşının sənədlərinin saxtalaşdırılması faktı aşkarlanıb
# 10 oktyabr 2014 10:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda Gürcüstan vətəndaşı barəsində cinayət işi açılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib. S.Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR