Azərbaycanın bəzi şimal-qərb rayonlarının təbii qaz təchizatı iki günlük məhdudlaşdırılır

Azərbaycanın bəzi şimal-qərb rayonlarının təbii qaz təchizatı iki günlük məhdudlaşdırılır
# 27 oktyabr 2014 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Xətai, saat 13:00-dan 15:00-dək Xızı, saat 16:00-dan 18:00-dək Bərdə rayonlarının bir hissəsinə, həmçinin bu gündən başlayaraq 28 oktyabr 2014-cü il tarixədək Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR