Rektor: “Bakı Slavyan Universitetində ərəb ədəbiyyatının tərcüməsi sahəsində əhəmiyyətli işlər görülüb”

Rektor: “Bakı Slavyan Universitetində ərəb ədəbiyyatının tərcüməsi sahəsində əhəmiyyətli işlər görülüb”
# 09 oktyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Slavyan Universitetində (BSU) Misir Mədəniyyət Günləri ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Misirin müvəqqəti işlər vəkili Heysam Cəlal, Qətər, İraq, Liviyanın Azərbaycandakı səfirləri, İraq, Küveyt, Mərakeş və Fələstin səfirliyinin nümayəndələri iştirak edib.

BSU-nun rektoru Asif Hacıyev bildirib ki, son illərdə universitetdə ərəb mədəniyyəti ilə bağlı bir sıra işlər həyata keçirilib: “Bizim universitetdə ərəb dili xırda qruplar şəklində tədris olunur və gələcəkdə tədrisin həcmini artırmaq niyyətindəyik. Bakı Slavyan Universitetində ərəb ədəbiyyatının tərcüməsi sahəsində əhəmiyyətli işlər görülüb. Məsələn, yazıçı Nəcib Məhfuzun kitabı tərcümə edilib və çap edilib. Bundan başqa, universitetdə hazırda ərəb ədəbiyyatı antologiyası hazırlanır. Azərbaycanda güclü ərəbşünaslıq məktəbi var. Bakı Slavyan Universiteti ərəb ölkələri ilə slavyan xalqları arasında körpü rolunu oynayır”.

Misirin müvəqqəti işlər vəkili Heysam Cəlal, mədəniyyət mərkəzinin sədri Əhməd Sami Elayd, AMEA-nın şöbə müdiri İmamverdi Həmidov və başqaları Misir və Azərbaycanın mədəni əlaqələrinin hazırkı səviyyəsi ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin tələbələrinin ifasında müxtəlif musiqi nümunələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR