İran XİN rəhbəri Avropa İttifaqının ali komissarı ilə görüşüb

İran XİN rəhbəri Avropa İttifaqının ali komissarı ilə görüşüb
# 18 sentyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla görüşüb.

APA - nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Nyu-Yorkda baş tutub.

Tərəflər Tehranın nüvə proqramı ilə bağlı müzakirələrin bundan sonra necə davam edəcəyini müzakirə ediblər.

Qeyd edək ki, Tehranın nüvə proqramı ilə bağlı Nyu-Yorkda keçiriləcək görüşlər çərçivəsində İran və ABŞ rəsmilərinin görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR