Meşədə kəsdiyi irigövdəli ağac üstünə aşan Qəbələ sakini yerindəcə ölüb

Meşədə kəsdiyi irigövdəli ağac üstünə aşan Qəbələ sakini yerindəcə ölüb
# 14 noyabr 2014 07:31 (UTC +04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bum kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Rəşid Babayev meşədə ağac kəsərkən iri gövdəli ağac onun üstünə aşıb.

Nəticədə R. Babayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR