İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 14 oktyabr 2014 13:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən həbs edilmiş məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilib.

Bu zaman qadının əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR