FHN qaz təsərrüfatında təhlükəsizlik qaydalarını təbliğ edən bukletlər nəşr etdirib

FHN qaz təsərrüfatında təhlükəsizlik qaydalarını təbliğ edən bukletlər nəşr etdirib
# 20 oktyabr 2014 07:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti (DYNX) qaz təsərrüfatında təhlükəsizlik qaydalarını təbliğ edən plakatlar nəşr etdirib.

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin APA-ya verdiyi məlumata görə, istehlakçılar tərəfindən qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilmədiyindən partlayış, yanğın, zəhərlənmə kimi hadisələr insan itkisi, bədən xəsarəti və külli miqdarda maddi ziyan ilə nəticələnir: “Standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə olunur, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və təhlükəsizlik qaydalarına zidd olan digər hallara yol verilir. Bütün bunları nəzərə alaraq qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdırmaq məqsədi ilə FHN DYNX buklet və 9 adda plakat nəşr etdirib”.

Əhalinin maarifləndirilməsi məqsədilə kütləvi və nəfis şəkildə nəşr olunmuş buklet və plakatlar FHN DYNX-nin Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında keçirəcəyi yanğına qarşı təbliğat xarakterli tədbirlər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR