Azərbaycanın neftin hasilatının artırılması ilə bağlı planları dünya bazarında neftin ucuzlaşmasına səbəb olur

Azərbaycanın neftin hasilatının artırılması ilə bağlı planları dünya bazarında neftin ucuzlaşmasına səbəb olur
# 27 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarlarında neftin ucuzlaşması davam edir. Qara qızılın dəyərdən düşməsinin əsas səbəbi kimi, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin 2015-ci ildə neftin hasilatının artırılması ilə bağlı planları göstərilir.

APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, təşkilata üzv olmayan ölkələr neft hasilatının artıracağı halda, bu, “qara qızıl”a olan tələbatı da artıracaq.

Agentlik qeyd edir ki, neft hasilatının Azərbaycan və Braziliya kimi ölkələrdə artacağı gözlənilir.

Bazardakı “qiymət böhranı”nın əsas səbəblərində biri də OPEC-ə üzv olan ölkələrin noyabr ayının 27-də baş tutacaq illik toplantısından olan gözləntilərdir.

“Neftin ucuzlaşması OPEC-in neftin hasilatının azaldılması ilə bağlı çıxaracağı qəraradək davam edəcək”, - agentlik yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR