Mübariz Qurbanlı: “Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd göstərir”

Mübariz Qurbanlı: “Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd göstərir”
# 16 sentyabr 2014 12:06 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını bildirib. Onun sözlərinə görə, belə təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil.

DQİDK sədri Azərbaycandakı ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini bildirib.

O, ölkədə dini icmalar arasında qarşıdurma ehtimalının belə olmadığını deyib. M. Qurbanlı Azərbaycanda dini icmalar arasında normal münasibətlər olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR