Azərbaycanın “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib

Azərbaycanın “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib
# 28 oktyabr 2014 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, “Bələdiyyələrin statusu haqqında” qanuna edilən əlavələr layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

Onun sözlərinə görə, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.

Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:

- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək;

- iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.

Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR