“Azərkosmos” Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb

“Azərkosmos” Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb
# 25 oktyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərkosmos" ASC “Tələt” şirkəti ilə müqavilə imzalayıb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə tutur.

Müqavilənin ümumi dəyəri 46 016,91 manatdır.

Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırd etməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.

Yüksək ayırd etməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR