İsmayıllıda fərdi yaşayış evi yanaraq külə dönüb

İsmayıllıda fərdi yaşayış evi yanaraq külə dönüb
# 12 avqust 2014 20:23 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Uştal kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyeva Asiya Süleyman qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı ev içəridəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər yaxınlıqdakı tövləni, ot tayasını və talvarı alovdan mühafizə ediblər. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR